AZ

“Rəqsanə 520 min dollara görə tutulmayıb…” – Vəkili yeni detalları açdı

  “Bu gün apellyasiya şikayətinə baxılacaq, hesab edirik ki, Rəqsanə İsmayılova azadlığa buraxılmalıdır”.

Referans  bildirir ki, bu sözləri Teleqraf-a müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.

Vəkilin sözlərinə görə, müvəkkili özünü təqsirli hesab etmir.

Hikmət Əliyev “Zərərçəkmişlərin adını qeyd edə bilərsinizmi” sualına isə: “Hazırkı vəziyyətdə onların adlarının qeyd edilməsi istintaq sirrinin pozulmasına səbəb ola bilər. Ona görə də həmin şəxslərin adını açıqlamaq istəmirəm”, – deyə cavab verib.

Hikmət Əliyev onu da qeyd edib ki, Rəqsanə İsmayılovanın Rusiyada iş adamının azadlığa buraxılması üçün onun yaxınlarından 520.000 ABŞ dolları məbləğində pul alması haqda ittiham doğru deyil: “Bu haqda məlumat vermək istəmirəm. Məsələ tamamilə başqadır”.

“İfaçının həyat yoldaşı Fazil Əmiraslanovun Rusiyadakı restoranı satışa çıxararq ifaçının borcrlarını ödəyəcəyi haqda xəbərlər doğrudurmu” sualına isə Hikmət Əliyev: “Bu haqda məndə elə bir məlumat yoxdur. Bu məsələ doğru deyil”, – deyib.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.

 
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.

Referans  “Qafqazinfo”ya istinadən bildirir ki, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.

Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.

Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı maneə yaratmaz: “Rəqsanə İsmayılova özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın azadlıqda aparılması daha ədalətlidir”.

Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqqında polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var  

Seçilən
40
50
referans.az

10Mənbələr