Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyanın Yenikənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mersedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində dünyasını dəyişib. Şahlar Rzayev ilə Sevinc Qasımova isə xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.