AZ

Volodimir Zelenski hansı güzəştlərə gedə bilər?

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Bakı vaxtı ilə saat 21:15-də ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında ikitərəfli görüş keçiriləcək.

525.az xəbər verir ki, ABŞ tərəfi görüşdə Kiyevdən gələcək sülh razılaşması ilə bağlı razılıq əldə etməyə çalışacaq. Bu barədə Ukrayna prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN-ə müsahibəsində bildirib: “Əsas məqsədimiz prezident Zelenski və komandası ilə müəyyən bir konsensusa nail olmaqdır”. 

Uitkoff ümid etdiyini bildirib ki, görüşdə "əsl konsensus" əldə olunacaq. Bu halda ABŞ ruslarla danışıqlara qayıda və sülh razılaşmasını başa çatdıra bilər.

Qeyd edək ki, Tramp-Zelenski görüşündə NATO Baş katibi Mark Rütte, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransanın Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, İtaliyanın Baş naziri Corca Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ vitse-prezidenti Cey Di Vens də iştirak edəcəklər.

Əvvəlcədən bildirildiyinə görə, Avropa liderləri saat 20:00-da Ağ Evə gələcək. 21:00-da Tramp Zelenskini qarşılayacaq və 21:15-də ikitərəfli görüş başlayacaq. Saat 22:15-də Tramp Aİ liderlərini qəbul edəcək, 22:30-da birgə foto çəkiləcək və 23:00-da əsas danışıqlar keçiriləcək.

Avropa və Ukrayna niyə narahatdır?

“The Washington Post” yazır ki, Kiyevdə bir çoxları 2019-cu ildəki kimi Tramp və Zelenski arasında yeni bir söz gərginliyinin yaşanacağından ehtiyat edir. “Təəssüf ki, belə bir risk həqiqətən mövcuddur”, - deyə Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun analitiki Nikolay Beleskov bildirib.

Almaniya kansleri Fridrix Mers də bu barədə narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Tramp ilə gərginlikdən qaçmaq üçün Zelenskiyə bir neçə məsləhət verib: “Bir neçə həftə əvvəl Vaşinqtona səfərim öncəsi ciddi hazırlaşdım və səfərim uğurlu keçdi. Buna görə də Zelenskiyə Ağ Evdə necə davranmalı olduğunu məsləhət gördüm”.

Eyni zamanda, Avropa liderləri narahatdır ki, çoxsaylı iştirakçılarla Tramp ilə effektiv dialoq qurmaq çətin ola bilər. 

Böyük Britaniyanın keçmiş xarici işlər katibi Saymon Makdonald hesab edir ki, Avropa adından yalnız bir spiker - ya Böyük Britaniya Baş naziri Starmer, ya da NATO Baş katibi Rütte çıxış etməlidir. Onun sözlərinə görə, bütün liderlərin ayrı-ayrılıqda danışması bu vəziyyət üçün uyğun deyil, çünki əsas iştirakçılar ABŞ, Ukrayna və Avropadır. O, Starmerin daha uyğun olduğunu düşünür, çünki danışıqlar ingilis dilində aparılacaq. Makdonald əlavə edib ki, spiker kağızdan oxumamalı, Trampın gözlərinə baxaraq danışmalı, sözünün kəsiləcəyinə hazır olmalı, lakin fikrini davam etdirməyi bacarmalıdır.

Görüş hansı nəticələrlə başa çata bilər?

Görüşün nəticələri barədə məlumatlar ziddiyyətlidir.

“Financial Times” yazır ki, Zelenski münaqişənin həlli üçün qismən güzəştlərə getməyə hazırdır. Mənbənin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmamaq şərti ilə hazırkı cəbhə xətti üzrə sülh razılaşmasına razılıq verə bilər.

Zelenski Tramp ilə danışıqlarda “qeyri-mümkün şərtlərsiz” məhsuldar sülh prosesi aparılmasına çalışacaq. O, xalq tərəfindən qəbul oluna biləcək kompromis variant təqdim etməyə hazırdır.

“Bloomberg” isə yazır ki, Zelenski Ağ Evdə çətin seçim qarşısındadır: ya Trampın qəzəbinə tuş gəlmək riski var, ya da tez bir zamanda baş tutacaq sülh razılaşmasını qəbul etməlidir.

Məlumata görə, Zelenski danışıqlarda Rusiyanın konkret tələblərini öyrənmək və sonradan üçtərəfli görüşə (Zelenski–Tramp–Putin) nail olmaq niyyətindədir. Eyni zamanda, o, ABŞ-dan Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini də istəyəcək.

Ancaq “The Washington Post” xəbərdarlıq edir ki, bu strategiya uğursuzluqla nəticələnə bilər. Tramp administrasiyasındakı mənbələr bildiriblər ki, ABŞ Zelenski ilə görüşdən sonra üçtərəfli sammitə zəmanət vermir.

ABŞ Prezidenti Donlad Trampın da mövqeyi aydındır: “Zelenski Krımdan və NATO-dan imtina etsə, münaqişə dərhal bitə bilər”. O, “Truth Social” platformasında yazıb ki, Vladimir Zelenski Krım və NATO-dan imtina edərsə, münaqişə "demək olar ki, dərhal" sona çata bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
50
525.az

10Mənbələr