AZ

Yaşar Sultanov: Ehtiram müəllim komandanın qarşısına yüksək hədəf qoyubsa...

ain.az bildirir, sport24.az portalına istinadən.

"İlkin təəssüratım belədir ki, komanda hələ tam formalaşmayıb. Xəttlər arası əlaqə tam yerində deyil, amma qələbə qazanmaq üçün futbolçularda istəyin yüksək olduğunu gördüm". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin üzvü Yaşar Sultanov deyib.Futbol funksioneri komandanın heyətində az sayda yerli futbolçunun olmasına məyus olduğunu bildirib:"Oyundan sonra futbolçularla bu haqda söhbət etdik. Güman edirəm gələcək oyunlarda hər şey yaxşı olacaq. Heyətdə çox az sayda yerli futbolçu var ki, bu da məni məyus edir. Hər-halda olanların da əksəriyyəti gənclərdir. Bunu müsbət məqam kimi qeyd etmək olar. Bu mövsüm çempionatda rəqabət daha gergin olacaq. Qələbə topunu son dəqiqələrdə vurmaq? Bu, problem deyil. Dünya futbolunda qolların 30 faizi son anlarda vurulur. Bunu təsadüf hesab edirəm. Təbii ki, həmişə belə olmalı deyil. Ehtiram müəllim komandanın qarşısına yüksək hədəf qoyubsa, biz yalnız dəstək verib, alqışlaya bilərik. Bir neçə turdan sonra bütün komandaların vəziyyəti tam aydın olacaq. Bundan sonra hədəflər haqda danışmaq olar".Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasının ilk turunda "İmişli"ni məğlub edib - 1:0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
32
sport24.az

10Mənbələr