AZ

Bölgələrə sərnişin daşıyan bəzi marşrut avtobusları yararsızdır VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər rayonlara sərnişin daşıyan avtobuslarla bağlı şikayətlər artmaqdadır.

Avtosfer.az xəbər verir ki, xüsusilə uzun məsafəli reyslərdə sərnişinlərin rahatlığına, təhlükəsizliyinə və xidmət keyfiyyətinə dair narazılıqlar gündəmə gətirilir. Bu dəfə də vətəndaşlardan biri sosial şəbəkədə paylaşım edərək həm oturacaq vəziyyətindən, həm də biletlərin satış qaydasından şikayətlənib.

Sərnişin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək öz narazılığını bildirib və vəziyyətin düzəldilməyini xahiş edib. 

Şikayətçi bildirib ki, ona satılan bilet üzrə avtobusda oturacağı “kustar üsulla hazırlanmış” və sərnişindaşıma standartlarına tamamilə zidd olub. Onun sözlərinə görə, belə oturacaqlar istismara yararsızdır və uzun məsafəli yollarda sərnişinlərə ciddi narahatlıq yaradır:

“Biz elektron bilet alarkən oturacağın normal, ya da bərbad olduğunu necə bilə bilərik? Bu yerə bilet satanlar, avtobus sahibi 3 saata yaxın müddətdə burada fasiləsiz otura bilərmi?” – sərnişin qeyd edib.

Fİdan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
50
avtosfer.az

10Mənbələr