AZ

Onlayn kazinoda pul uduzan şəxs marketdən oğurluq etdi

Bakıda onlayn kazinoya borcu yaranan şəxs marketdən oğurluq edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Həsən İlyasov (ad və soyad şərtidir) mobil telefonda kazino oyunu oynayıb və uduzub.

O, təxminən 450 manat uduzandan sonra həmin məbləği qazanmaq üçün çıxış yolu axtarıb. H.İlyasov bu məqsədlə məhəllələrindəki marketdən oğurluq etmək qərarına gəlib və gecə saat 3 radələrində marketin qapısını qıraraq oraya daxil olub. O, kassada olan 580 manatı götürərək hadisə yerindən qaçıb və onlayn kazinoya olan borcunu ödəyib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.İlyasov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə H.İlyasova 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək elektron nəzarət qolbağı tətbiq olunub.

Seçilən
25
50
far.az

10Mənbələr