AZ

Gürcüstan alkoqol istehlakına görə dünyada ikinci oldu

ain.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Gürcüstan alkoqol istehlakına görə dünyada ikinci oldu

Ümumdünya Səhiyyə Təşkilatının analitik hesabatına əsasən, Gürcüstan bu il alkoqol istehlakına görə dünyada ikinci ölkə olub. Oxuməni.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Araşdırmada qeyd edildiyi kimi, 15 yaşdan yuxarı hər bir ölkə vətəndaşına 14,4 litr spirtli içki düşür.

Adambaşına demək olar ki, 17 litrlə Rumıniya birinci yerdədir. İlk üçlüyü hər bir vətəndaşa təxminən 13 litr olan Latviya qapayır.

Qeyd edək ki, vaxtilə bu o qədər də şərəfli olmayan reytinqin ilk onluğunda ardıcıl olaraq yerləri tutan Rusiya son illər mövqeyini xeyli yaxşılaşdırıb. İndi Rusiya Federasiyası 10,4 litr göstərici ilə reytinqdə 29-cu yerdədir.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
oxumeni.az

10Mənbələr