AZ

Rusiya FTX Krım körpüsündə terror aktının qarşısını aldı

Yazını böyüt
Yazını kiçilt

Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə planlaşdırdığı terror aktının qarşısını alıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat yayıb. Məlumata görə, içində güclü əldəqayırma partlayıcı qurğu olan "Chevrolet Volt" avtomobili müəyyən edilərək zərərsizləşdirilib və maşının Rusiyaya çatdırılmasında iştirak edən şəxslər saxlanılıblar.

"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının partlayıcılarla dolu avtomobildən istifadə etməklə, Krım körpüsündə növbəti terror aktı törətmək cəhdinin qarşısını alıb. Müəyyən edilib ki, güclü əldəqayırma partlayıcı qurğu olan avtomobil Ukraynadan bir sıra ölkələrdən tranzitlə Rusiyaya gəlib", - deyə məlumatda bildirilib.

İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, avtomobil Şimali Osetiyadakı "Verxniy Lars" beynəlxalq buraxılış məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçib və şəxsi sürücü-daşıyıcı tərəfindən Krasnodar diyarına çatdırılmalı, orada başqa bir sürücüyə təhvil verilməli və həmin sürücü həmin maşında Krım körpüsü vasitəsilə Krıma girməli və kamikadzeyə çevrilməli idi.

Seçilən
44
10
hafta.az

10Mənbələr