AZ

Azərbaycanın qeyri-neft ixracı 11 faiz artıb  

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard dolları ötüb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın qeyri-neft ixracı 2 milyard 087,9 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Cari ilin təkcə iyul ayında qeyri-neft məhsullarının ixracının dəyəri 333,9 milyon dollar olub. Bu göstərici illik ifadədə 20 faiz artıb.

Seçilən
16
50
azerbaijan-news.az

10Mənbələr