AZ

Bakıda bir qrup ərəbin cinayəti: Milləti günahlandırmaq yanlışdır

Bir neçə yabançı əbləhin yazılmış və yazılmamış qanunlara zidd hərəkətinin fonunda ümümərəb nifrəti aşılamaq düz deyil.

“Bakıda ərəblər şəhidlərimizi təhqir etdilər” tipində başlıqlar yanlışdır.

KONKRET.az xəbər verir ki, onlar ölkəmizdə ərəb yox, xarici vətəndaş- turist statusu daşıyırlar.

Ümumiləşdirmə etmək doğru deyil, həm də ona görə ki, dünyada 500 milyon ərəb, 22 ərəb ölkəsi var.

Hələ ki, hansı ölkənin vətəndaşı olduqlarını bilmirik. Açıqlandığı zaman adları ilə çağırarıq.

İllərdir, Azərbaycana ərəb ölkələrinin turizm marşurları arasında yer alır və ilk dəfədir ki, hansısa məxluqlar bu cür cinayət hadisəsi törədirlər.

Cinayət hadisəsi dedim, çünki Ali məkanımıza, qibləgahımıza qarşı edilən məlum davranış, yəni, bir millətin heysiyyatına toxunmaq, məhz, cinayət hadisəsidir.

Cəzaları da o qəbildən olmalıdır.

İntəhası, elə təsəvvür yaranır ki, sanki Ərəb Liqası məxsusi plan hazırlayaraq Bakıya xüsusi dəstə göndərib.

Bu yanlışdır!

Eyni zamanda məqsədyönlü planlara və tərəfi olmadığımız siyasi hesablaşmaların cəmiyyətimizə transformasiyasına zəmin yaradır.

Bəhruz Həsənov,

Politoloq

Seçilən
33
50
konkret.az

10Mənbələr