Bura Xocasən, Sulutəpə, Xırdalan, Hökməli, Qobu, Lökbatan kimi ərazilər daxildir.
“Cebheinfo.az”-ın apardığı müşahidələr və“makler”lərlə söhbətlər göstərib ki, qiyməti ucuzlaşan və kütləvi satışa çıxarılan evlər əsasən bələdiyyə sənədi ilə tikilən “kupça”sız”evlərdir.
Onların əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda icazəsiz inşa olunsa da, kommunal xidmətlə təmin olunublar. Yeni tikilən evlərdə isə qanunvericilikdəki dəyişikliyə əsasən kommunal xidmətlərin göstərilməsi üçün tikintiyə rəsmi icazə tələb olunur. Buna görə də bu ərazilərdə əksər tikililər yarımçıq qalıb.
“Makler”lər ev satışı elanlarında “bələdiyyə sənədi” sözü ilə yanaşı, “qaz, su, işıq sayğacı var” ifadəsini də işlətməyə başlayıblar və bu, üstünlük kimi qəbul olunur. Söhbət zamanı aydın olub ki, “kupça”sız evlərin daha ucuz qiymətə satısının artmasına səbəb xüsuilə Nərimanov rayonu Keşlə qəsəbəsində dəmir yolunun yaxınlığında sənədsz evlərin sökülməsi zamanı kompensasiya ödənilməməsi olub.
Sənədsiz ev sahibləri eyni aqibəti yaşayacaqlarını düşündüklərindən, belə evləri hətta ilkin ödənişlə kredit şərtləri ilə satmağa razıdırlar. Amma “makler”lərin bildirdiyinə görə, qiymət münasib olsa da, satış çox azdır.
Xəzər
“Cebheinfo.az”