AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi açıldı - VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

DİN Mətbuat Xidmətindən "Sitat.info"ya bildirildi ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

@sitat.info

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ƏRƏBLƏRLƏ BAĞLI QƏRAR VERİLDİ ♬ original sound - Sitat.info xəbər portalı

Seçilən
4
14
sitat.info

10Mənbələr