AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə qarşı CİNAYƏT İŞİ BAŞLADILDI

Yazını böyüt
Yazını kiçilt

Avqustun 17-də üç əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Seçilən
39
27
hafta.az

10Mənbələr