AZ

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Krım

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə partlayışın qarşısını alıblar.

Bu barədə Rusiya FTX məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğu "Chevrolet Volt" markalı avtomobildə gizlədilib, avtomobil Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib.

Avtomobilin Rusiya-Gürcüstan sərhədininjn “Yuxarı Lars” buraxılış məntəqəsindən keçdiyi deyilir.

Qeyd edilib ki, Kuban vilayətində maşın Krıma aparılmaq üçün sürücüyə təhvil verilməli imiş.

"Ukraynanın maşını kamikadze kimi istifadə etməyi planlaşdırdığı" qeyd olunub.

Partlayıcı qurğu zərərsizləşdirilib.

Partlayıcı yüklü maşını Rusiyaya gətirən şəxslər saxlanılıb.

Seçilən
27
8
xalqcebhesi.az

10Mənbələr