AZ

Ölüm, yalan və pul: Koloradoda ailənin qaranlıq sirri açıldı

Ölüm,

ABŞ-ın Kolorado ştatında evli cütlük sevgilisinin qalıqlarını il yarım ərzində evlərində gizlətmək və onun pullarını xərcləməkdə ittiham olunur. Bu barədə Daily Mirror xəbər yayıb.Polisin məlumatına görə, 57 yaşlı Suzanne Agnew və 55 yaşlı Ceyms Agnew Cim O’Neill adlı kişi ilə münasibətdə olublar. 2023-cü ilin dekabrında O’Neill vəfat edib. İstintaq onun ölümünü ya təbii səbəblərlə, ya da narkotik maddələrdən sui-istifadə nəticəsində baş verdiyini ehtimal edir.Cütlük ölüm barədə heç kimə məlumat verməyərək, O’Neillin sosial müavinətlərini almağa davam edib. Ölümündən təxminən bir həftə sonra isə, qalıqlarının Chihuahua cinsli itləri tərəfindən çeynəndiyi aşkar olunub. O’Neillin qalıqlarını itlərin təsirindən qorumaq üçün cütlük onu sönmüş şişmə döşək ilə örtüblər.O’Neillin qardaşı uzun müddət əlaqə saxlaya bilmədiyi üçün polisə müraciət edib. Əvvəlcə cütlük iddia edirdi ki, O’Neill bir neçə il əvvəl ayrılıb; sonradan isə deyildi ki, o qayıdıb, amma heç kimlə danışmaq istəmir.Şübhələnən qardaş bank çıxarışlarını yoxlayanda məlum olub ki, kimsə onun kartından mütəmadi olaraq nağd pul çıxarır. Polis CCTV görüntülərini araşdırdıqda, O’Neillin kartından istifadə edən şəxsin Ceyms Agnew olduğu müəyyən edilib.Polis axtarış əmri ilə evə daxil olduqda, Suzanne Agnew dərhal O’Neillin qalıqlarının evdə olduğunu etiraf edib. Cütlük ölən şəxsin qalıqlarına hörmətsizlik etmək və 17 min dollardan artıq pul mənimsəmək ittihamı ilə üzləşib.Ulusum.az

Diqqət Çəkənlər

Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO

FHN yanğın təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib

Seçilən
17
50
ulusum.az

10Mənbələr