Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği
layihəsinin icrasına başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aşıq Pəri” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihənin icrasına başlanılıb.
“Aşıq Pəri” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri və "Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği" adlı layihənin rəhbəri, şairə Pərvanə Mustafayeva saytımıza bildirilib ki, layihənin məqsədi Azərbaycanın milliliyinin rəmzlərindən biri milli kimliyimizin qorunub saxlanılmasında müstəsna rolu olan aşıq sənətinin yeniyetmə və gəclər arasında papuliyarlaşması üçün bu sənətə maraq göstərən yeniyetmə və gəclərə aşıq dərsləri verməkdir.
Layihə çərçivəsində 12 nəfər yeniyetmə və gəncə 3 ay müddətində 24 dəfə aşıq dərsləri keçriləcək.