AZ

Cənubi Koreya prezidenti: “Mümkün olan sahələrdə Şimalla razılaşmalara əməl edilməlidir” – ÖZƏL

Cənubi Koreya prezidenti Li Çje Myon Nazirlər Kabinetinin iclasında Şimali Koreya ilə mövcud razılaşmalara "mümkün olduğu sahələrdə" əməl olunması barədə göstəriş verib. 

Olaylar.az xəbər verir ki, bu barədə onun administrasiyası məlumat yayıb.

"Əsl təhlükəsizlik sülhün qorunmasına əsaslanır. Biz yüksək müdafiə qabiliyyətini saxlayaraq gərginliyin azaldılması üçün mərhələli addımlar atmaq cəsarətinə sahib olmalıyıq", - deyə Li Çje Myon bildirib. Prezident aidiyyəti qurumlara mövcud razılaşmaların mərhələli icrasına hazırlaşmağı tapşırıb.

Dövlət başçısı qeyd edib ki, "kiçik və səmərəli addımların nəticələri yığıldıqca qarşılıqlı etimad bərpa olunacaq və sülh yolu genişlənəcək. Bu, Cənub və Şimal üçün qarşılıqlı inkişafın təməlini qoyacaq".

O həmçinin bildirib ki, dəyişkən beynəlxalq şəraitdə interkoreya münasibətlərinin qorunması diplomatiya üçün yeni imkanlar açır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
8
olaylar.az

10Mənbələr