AZ

Domofonların xidmət haqqını qaldırdılar - Ödəniş etməyənlərin xətləri kəsildi (VİDEO)

Aylıq xidmət haqqını qaldırdılar, ödəniş etməyən sakinlərin damafonlarını özlərindən xəbərsiz şəbəkədən ayırdılar.

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir kİ, 117 mənzilli binanın sakinləri iddia edir ki, 4 il əvvəl müqavilə bağladıqları " SMART-HOME" adlı şirkət xidmət haqqını qaldırıb, keyfiyyəti aşağı salıb. Əlli faiz qiymət artımına etiraz edən sakinlərin blokdan içəri girməsinə problem yaranıb.

Görüntülər Binəqədi rayon,7-ci mikrarayon Fərman Məlikov ünvanındandır.

Sakinlər iddia edir ki, artıq 20 gündür yaşadıqları binanın giriş qapısında problemlə üzləşirlər. Domofon işləmədiyindən onlar üçün qapını açmaq problemə çevrilib.

Seçilən
21
50
unikal.az

10Mənbələr