AZ

Avstraliyada yüngül mühərrikli təyyarə qəza enişi edib » AzadMedia.az

Avstraliyada

Avstraliyada yüngül mühərrikli təyyarə qolf sahəsinə qəza enişi edib.

Bu barədə ABC News xəbər yayıb.

Telekanalın yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 14:00 radələrində, təlim uçuşu zamanı baş verib. Təyyarədə bir təlimçi pilot və bir kursant olub. Hadisə yerindən yayımlanan görüntülərə əsasən, təyyarənin qanadı zədələnib və təkərləri qopub. Tibbi yardım əməkdaşları yüngül xəsarət alan iki şəxsi hadisə yerində müayinə etdikdən sonra əlavə yoxlamalar üçün xəstəxanaya aparıblar.

Rəsmi orqanların verdiyi məlumata görə, qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. Ancaq ilkin ehtimallara görə, bu, mühərrikdə yaranmış nasazlıqla bağlı ola bilər.

Seçilən
5
50
azadmedia.az

10Mənbələr