Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün artıq Vaşinqtona gəlib.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, o, bu barədə rəsmi telegram-kanalında yazıb.
"Artıq Vaşinqtona gəlmişəm. Sabah prezident Trampla görüşəcəyik. Elə sabah da Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram", - prezident yazıb.
O qeyd edib ki, hər kəs müharibəni bitirmək istəyir, lakin “sülh uzunmüddətli olmalıdır”.
S.Laçın