AZ

Zelenski Trampın Krımdan imtina ilə bağlı sözlərinə CAVAB VERDİ

Zelenski Trampın Ukraynanın Krımdan imtina etməsi ilə bağlı sözlərinə cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında bildirib.

O qeyd edib ki, 2014-cü ildə Ukrayna Krımdan imtina etməməli, 2022-ci ildəki kimi Kiyev, Odessa və Xarkov üçün döyüşməli idi.

“Biz hamımız eyni dərəcədə istəyirik ki, bu müharibəni tez və etibarlı şəkildə bitirək. Və sülh uzunmüddətli olmalıdır. Necə ki, illər əvvəl Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən – Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi”, – o qeyd edib.

Bundan əlavə, o, əlavə edib ki, “Rusiya özünün başladığı müharibəyə son qoymalıdır”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
58
50
interpress.az

10Mənbələr