AZ

Çin “hamilə qala bilən” robot hazırlayır

ain.az bildirir, Olke.az portalına istinadən.

Süni intellekt və robot texnologiyalarındakı sürətli inkişaf tibbdə də yeni layihələrin meydana çıxmasına səbəb olur. Çin alimlərinin son təşəbbüsü insan hamiləliyini başdan sona qədər tamamilə robotik mühitdə təqlid etməyi hədəfləyir. Bu layihə həm elmi dairələrdə, həm də ictimaiyyətdə böyük maraq doğurub.

Ölkə.az xəbər verir ki, Çinin Quanqjou şəhərində yerləşən "Kaiwa Technology" şirkəti “hamilə robot” layihəsi üzərində çalışır.

Şirkətin hazırladığı insansı robotun qarın boşluğunda yerləşdirilən süni rəhm sayəsində embrion döllənmədən doğuma qədər bütün inkişaf mərhələlərini robot daxilində keçə biləcək. İlk prototipin 2026-cı ildə təqdim ediləcəyi, satış qiymətinin isə təxminən 14 min ABŞ dolları olacağı gözlənilir.

Bu xüsusi sistem süni amniotik maye ilə təmin ediləcək və döl bütün qidaları xüsusi boru vasitəsilə alacaq. Beləliklə, insan hamiləliyinin bütün mərhələləri texnoloji şəkildə təkrarlanmış olacaq.

Etik mübahisələr 

Layihənin açıqlanmasından dərhal sonra cəmiyyətdə geniş müzakirələr başlayıb. Bir qisim mütəxəssislər etik və hüquqi tərəflərə diqqət çəkərək narahatlıqlarını ifadə edir, digərləri isə bu texnologiyanın övlad sahibi ola bilməyənlər üçün yeni bir ümid ola biləcəyini düşünür.

Xatırladaq ki, bu texnologiyanın ilkin versiyası 2017-ci ildə heyvanlar üzərində sınanmışdı. ABŞ-da vaxtından əvvəl doğulmuş bir quzu dörd həftə ərzində süni amniotik maye ilə dolu şəffaf kapsulda saxlanılmış və inkişaf edərək yun bağlamağa başlamışdı. Lakin həmin sistem yalnız mövcud dölü böyütməyə xidmət edirdi. Çin layihəsi isə bütün hamiləlik prosesini başdan sona robot vasitəsilə həyata keçirməyi hədəfləyir.

Ekspertlər bildirirlər ki, Çində sonsuzluq hallarının artması bu cür layihələrin aktuallığını daha da yüksəldir. Son illərdə sonsuzluq faizi 18%-ə qədər yüksəlib, bəzi bölgələrdə isə dövlət dəstəyi ilə süni mayalanma xidmətləri təklif olunur.(valyuta.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
4
olke.az

10Mənbələr