Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bazar ertəsi ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa ölkələrinin liderləri ilə keçirəcəyi görüş mütləq şəkildə Rusiya ilə üçtərəfli sammitin keçirilməsi ilə nəticələnməyə bilər.
Axar.az xəbər verir ki. bu barədə “Vaşinqton Post “qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat verib.
“ABŞ bu həftənin sonunda Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ulrayna prezidenti Zelenski arasında üçtərəfli görüşün keçirilməsini ümid edir. Lakin Ağ Ev bazar ertəsi keçiriləcək görüşün mütləq bu nəticəyə gətirib çıxaracağını gözləmir”, - deyə Ağ ev rəsmisi bildirib.
“Vaşinqton Post” qəzeti əlavə olaraq bildirib ki, iki ölkə arasında olan təhlükəsizlik zəmanətlərinin hazırlanması çox vaxt tələb edə bilər.
Ləman Cavadova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.