Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İyunun 1-dən İspaniyada meşə yanğınları törətməkdə şübhəli bilinən 27 nəfər həbs edilib, daha 92 nəfər isə istintaq altındadır.
Oxu.Az xəbər verir ki, bu barədə "Europa Press" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Son məlumatlara görə, ölkədə 20 meşə yanğını tüğyan edir. İspaniya Niderlanddan yanğınların söndürülməsinə kömək edəcək təyyarələrin gəlməsini gözləyir. Çətin vəziyyətə baxmayaraq, hakimiyyət hələ də ölkədə fövqəladə vəziyyət elan etməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.