AZ

Super Liqa: “Beşiktaş” mövsümə çətin qələbə ilə başladı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Başakşəhər” – “Kayserispor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Gənclərbirliyi” doğma meydanda “Antalyaspor”a minimal hesabla uduzub. “Konyaspor” “Qaziantep”i 3 cavabsız qolla məğlub edibsə, “Beşiktaş” da “Eyüpspor”u məğlub yola salıb.

2-ci tura avqustun 18-də keçiriləcək “Kasımpaşa” – “Trabzonspor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
2-ci tur

15 avqust

Qalatasaray – Fatih Karagümrük 3:0
Qollar: B.A.Yılmaz, 10. F.Kurucuk, 74-öz qapısına. İkardi, 87.

16 avqust

Kocaelispor – Samsunspor 0:1
Qol: Yovanoviç, 82-öz qapısına.

Alanyaspor – Rizəspor 0:0

Göztəpə – Fənərbağça 0:0

17 avqust

Gənclərbirliyi – Antalyaspor 0:1
Qol: Storm, 81.

Konyaspor – Qaziantep 3:0
Qol: Ndao, 18. Aleksiç, 50. Andzuana, 83.

Başakşəhər – Kayserispor 1:1
Qollar: Brniç, 41 – M.Kardozo, 69.

Beşiktaş – Eyüpspor 2:1
Qollar: T.Abraham, 19-pen. R.Silva, 90+6 – M.Tiam, 29.

18 avqust

22:30. Kasımpaşa – Trabzonspor

Seçilən
9
12
arena.az

10Mənbələr