"Kiyev ərazi güzəştlərinə gedəcək, ancaq təhlükəsizlik zəmanəti almaq şərti ilə".
Publika.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron etiraf edib.
"Heç bir ölkə qalan ərazi üçün təhlükəsizlik təminatları olmadan ərazinin itirilməsi ilə barışa bilməz", - Makron bildirib.
O, əlavə edib ki, Ukrayna itirilmiş ərazilər üzərində xarici suverenliyi tanımır, ancaq onları “hərbi yolla itirilmiş” kimi tanıyır.
“Bu, beynəlxalq hüquqa zidd olmasa da, çox ciddi bir güzəştdir”, - o əmin edib.