Bakı, 17 avqust, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-a yola düşüb.
AZƏRTAC xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak teleqram kanalında yazıb.
Qeyd edib ki, avqustun 18-də Zelenski əvvəlcə Trampla təkbətək danışıqlar aparacaq, daha sonra onlara Aİ və NATO nümayəndələri də qoşulacaq. Onların birgə işçi naharda iştirakı və geniş tərkibdə münaqişənin həllini müzakirə edəcəkləri gözlənilir.