AZ

MPL ilk tur: "Sumqayıt" "Kəpəz"i “topa tutdu”

Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda "Sumqayıt" "Kəpəz"i qəbul edib.

İki sahil”in məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün 14-cü dəqiqəsində Rüstəm Əhmədzadə hesabı açıb. 26-cı dəqiqədə Aleksandr Ramalinqom meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib. 38-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Aleksa Yankoviç adını qol vuranlar siyahısına yazıb – 3-0.

Yarış bu hesabla da başa çatıb.

Xatırladaq ki, “Sabah” - “Qarabağ” yarışının təxirə salındığı ilk tura avqustun 19-da “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

17 avqust (bazar)

20:30. “Sumqayıt” 3–0 “Kəpəz”

Qollar: Rüstəm Əhmədzadə, 14; Aleksandr Ramalinqom, 26; Aleksa Yankoviç, 38

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.

VAR: Rauf Cabarov.

AVAR: Rahil Ramazanov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
62
50
ikisahil.az

10Mənbələr