Futbol üzrə İngiltərə Premyer Liqasında ilk turun oyunları davam edir.
Publika.az xəbər verir ki, yeni mövsümün ilk mərkəzi görüşü Mançesterdə baş tutub. "Mançester Yunayted" öz meydanında "Arsenal"la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 13-cü dəqiqədə Rikkarko Kalafiori vurub.
Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Liverpul" - "Bornmut" - 4:2
"Aston Villa" - "Nyukasl" - 0:0
"Tottenhem" - "Börnli" - 3:0
"Sanderlend" - "Vest Hem" - 3:0