AZ

Domofonların xidmət haqqını qaldırdılar, ödəniş etməyənlərin xəttlərini kəsdilərVİDEO

Aylıq xidmət haqqını qaldırdılar, ödəniş etməyən sakinlərin damafonlarını özlərindən xəbərsiz şəbəkədən ayırdılar.

Xezerxeber.az-ın xəbərinə görə, 117  mənzilli binanın sakinləri iddia edir ki, 4 il əvvəl müqavilə bağladıqları " SMART-HOME" adlı şirkət xidmət haqqını qaldırıb, keyfiyyəti aşağı salıb. Əlli faiz qiymət artımına etiraz edən sakinlərin blokdan içəri girməsinə problem yaranıb.

Görüntülər Binəqədi rayon,7-ci mikrarayon Fərman Məlikov ünvanındandır.

Sakinlər iddia edir ki, artıq 20 gündür yaşadıqları binanın giriş qapısında problemlə  üzləşirlər. Domofon işləmədiyindən onlar üçün qapını açmaq problemə çevrilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
50
xezerxeber.az

10Mənbələr