"Ukraynada atəşkəsə ehtiyac yoxdur, çünki artıq sülh sazişi müzakirə olunur".
Publika.az xəbər verir ki, bunu "Fox News" ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff davam edən sülh danışıqlarına istinad edərək bildirib.
Uitkofdan Vaşinqtonun atəşkəs razılaşmasının olmamasını nəzərə alaraq, Alyaskada keçirilən ABŞ - Rusiya sammitini uğurlu hesab edib-etmədiyini soruşub. Cavabında o, atəşkəs müqaviləsinin adətən sülh müqaviləsi üçün ilkin şərt olduğunu izah edib.
"Atəşkəs, ümumiyyətlə, sülh sazişinin ilkin şərtidir. Prezident Tramp həmişə bu mənada atəşkəsdən danışıb, lakin o, Putinlə görüşündə çoxlu qələbələr qazanıb və başa düşüb ki, biz indi sülh sazişi haqqında danışa bilərik. Əsas məqsəd sülh sazişidir", - Uitkoff bildirib.