AZ

Ukraynada atəşkəs mənasızdır Uitkof

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof Ukrayna müharibəsi ilə bağlı danışıqlarda Vaşinqtonun mövqeyini açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, “Fox News” telekanalına müsahibəsində Uitkoff bildirib ki, artıq əsas məqsəd atəşkəs deyil, sülh sazişinin əldə olunmasıdır:

“Atəşkəs, ümumiyyətlə, sülh sazişindən əvvəlki şərtdir. Prezident Donald Tramp həmişə bu mənada atəşkəsdən danışıb, lakin o, Alyaskada keçirilən sammitdə çoxlu qələbələr əldə etdi və başa düşdü ki, biz indi sülh sazişindən danışa bilərik”.

Uitkof bu sözləri Vaşinqtonun Alyaskada baş tutan Rusiya–ABŞ sammitində atəşkəs razılaşması əldə olunmasa belə, bunu uğursuzluq hesab edib-etməməsi sualına cavab olaraq söyləyib.

Qeyd edək ki, 15 avqustda Alyaskanın Ankoric şəhərində keçirilən yüksək səviyyəli görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin nizamlanması olub.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
50
globalinfo.az

10Mənbələr