AZ

Tramp Alyaskada Putini “nəhayət” sözləri ilə qarşılayıb

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Alyaskanın Ankoric hava limanında qarşılayan zaman il dediyi söz “nəhayət” olub.

Yeniavaz.com “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bunu dodaq oxuma üzrə mütəxəssislər  müəyyənləşdirib.

Ekspertlərin sözlərinə görə, Tramp həmkarını gördüyünə şad olduğunu bildirib: “Siz bunu etdiniz, sizi görmək çox xoşdur və mən bunu yüksək qiymətləndirirəm”.

Salamlama zamanı hər iki prezidentin bir-birinə “kömək edəcəklərinə” dair söz verdiyi də bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün ab-havasını şərh edərək Putinin Tramp ilə söhbətini “çox müsbət” adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
46
yeniavaz.com

10Mənbələr