AZ

Ursula fon der Leyen Zelenski ilə birlikdə Trampla danışıqlara gedəcək

...Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə ABŞ-a uçacaq.

Onlar Amerika lideri Donald Trampla görüşəcəklər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna X-də (Twitter) Ursula fon der Leyenə istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, bu gün, avqustun 17-də o, Brüsseldə Zelenskini qarşılayacaq. Onlar birlikdə “qərarlılar koalisiyası”nın toplantısında iştirak edəcəklər.

Avropa Komissiyasının prezidenti Trampla avqustun 18-də Zelenski və Avropa liderləri ilə görüşəcəyini bildirib. ...Prezident Zelenskinin xahişi ilə mən sabah Ağ Evdə prezident Tramp və digər Avropa liderləri ilə görüşə qatılacağam, - o qeyd edib.

Əli Babayev

Seçilən
32
50
sia.az

10Mənbələr