"Bir neçə gün öncə müğənni Yaşar Yusub da süni zəka ilə klip təqdim etdi. Düşünürəm ki, hər müğənni öz repertuarında bir neçə belə klipə yer verə bilər. Ancaq özünə əziyyət verməyib, bütün klipləri bu cür təqdim etmək olmaz. Bu hal izləyicilər üçün də maraqsız olar".
Publika.az xəbər verir ki, bunu "Yeni Sabah"a müğənni Afət Fərmanqızı bildirib.
Onun sözlərinə görə, dünya dağıla, süni zəka ilə çəkilən kliplərə səhnə fəaliyyətində yer verməz:
Son vaxtlar süni zəka yalnız yazıçıları və rəssamları yox, rejissorları da maraqlandırmağa, eyni zamanda, narahat etməyə başlayıb. Musiqi sahəsində də bu tendensiya özünü göstərir. Müğənnilər artıq günlərlə çəkiliş meydançasında əziyyət çəkmək əvəzinə, kliplərini süni intellektin əllərinə tapşırırlar.
Afət Fərmanqızı başqa fikirdədir: "Özümə gəldikdə, mən səhnə fəaliyyətimdə bu cür kliplərə və çəkilişlərə yol vermərəm. Düşünürəm ki, adi şəkillə mahnını yayımlamaq daha məqsədəuyğundur.
Adından da göründüyü kimi, burada hər şey sünidir. Elə bil cizgi filmidir. Animasiyalarda o qədər mənə oxşayan qızlar var ki, birini seçib öz mahnılarımı yayımlayaram".
Müğənni qeyd edib: "Hər yaşın öz gözəlliyi var. Məsələn, elə 60 yaşlı xanımlar var ki, üzlərini dartdırıb, düşünürlər ki, 40 yaşındakı kimi görünəcəklər. Ətrafa gözəl görüntü bəxş etmədiklərinin fərqində deyillər.