AZ

“Qarabağ” Macarıstana nə vaxt yola düşür?

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la qarşılaşacaq “Qarabağ” sabah səhər Budapeştə yola düşəcək.

Bizim.Media xəbər verir ki, "Qarabağ" səfərə ənənəvi olaraq çarter reysi ilə gedəcək.

Sabah axşam Qurban Qurbanovun komandasının matçın keçiriləcəyi “Ferens Puşkaş” stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, “Ferensvaroş” - “Qarabağ” matçı avqustun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü avqustun 27-si Bakıda olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
20
50
bizim.media

10Mənbələr