Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya mətbuatı “Sabah”ın Masazırda Bolqarıstanın “Levski” komandasına qarşı Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun cavab oyunundakı (0:2, ilk oyun – 0:1) məğlubiyyətindən yazıb.
Sportal.az xəbər verir ki, “СПОРТ-ЭКСПРЕСС” nəşri Azərbaycan kubokunun qalibinin avrokuboklardakı mübarizəsini dayandırmasını bu cür şərh edib:
"Həmişəki kimi, avrokubokların əsas mərhələsində Azərbaycanın yeganə təmsilçisi "Qarabağ” olacaq. Amma ötən mövsümün sonunda ölkə kubokunu qazanan Vasili Berezutskini postundan göndərən “Sabah” Bolqarıstandakı uğursuz məğlubiyyətdən sonra evdə də rəqibinə uduzdu. Bunu “Spartak”ın sabiq futbolçusu Ayaz Quliyev kənardan gördü. “Anji”nin yetirməsi Abdulla Xaybullayev isə meydana 65-ci dəqiqədə çıxmışdı".
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.