34 yaşlı sabiq peşəkar basketbolçu, 2016-cı ildə “Klivlend Kavalers”in heyətində NBA çempionu olmuş amerikalı İman Şampert keçmiş sevgilisi Teyana Teylora qarşı məhkəmə çəkişməsində qalib gəlib və 70 min dollar qazanıb.
Publika.az xəbər verir ki, bu barədə “Sportskeeda” məlumat yayıb.
Məhkəmə Teyloru 2024-cü ildəki boşanma sazişinin şərtlərini pozduğuna görə cərimələyib. O, mart ayında sosial şəbəkələrdə video paylaşaraq Şamperti mediaya məlumat ötürməkdə ittiham etmiş, eyni zamanda onların sazişi barədə açıqlama vermişdi. Lakin məhkəmə iddiaları sübut etmək üçün kifayət qədər dəlil olmadığını müəyyənləşdirib və Teylorun məxfilik bəndini pozduğunu hesab edib.