AZ

Qadınlar diqqət! Qalıcı jel laklarda təhlükəli kimyəvi maddə tapıldı

Qadınlar

Qadınlar dırnaqlarını daha baxımlı göstərmək üçün qalıcı dırnaq lakı, adi dırnaq lakı və ya yapışdırılan dırnaq kimi müxtəlif məhsullardan istifadə edə bilirlər. Bu sahədə Avropa İttifaqından diqqət çəkən bir addım gəldi. Avropa İttifaqı milyonlarla qadının istifadə etdiyi jel lak və dırnaq baxım məhsullarında olan və xərçəng əmələ gətirə bilən bir maddəni qadağan etməyə hazırlaşır.Yeni AB qaydaları, yaxın zamanda “xərçəng əmələ gətirən və ya toksik” kimi yenidən təsnif edilmiş bəzi kimyəvi maddələrin qadağan olunan komponentlər siyahısına əlavə edilməsini məcburi edir. Bu maddələrdən biri TPO (Trimetilbenzoil difenilfosfin oksid) kimyəvidir.Dırnaq texnikləri, əvvəlcədən TPO tərkibli məhsullar alıblarsa belə, onları 1 sentyabr tarixinə qədər inventarlarından çıxarmalı və istifadəni dayandırmalıdırlar. TPO xüsusilə jel lakların UV və ya LED lampası altında sürətlə bərkidilməsini təmin edən və dırnaq hazırlığında geniş istifadə olunan fotoaktivləşdirici kimyəvi maddədir.Qadağa həmçinin kosmetik təchizat zəncirində bütün seqmentlər üçün yeni məsuliyyətlər yaradır:İstehsalçılar: Bütün məhsul formulalarını dərhal nəzərdən keçirməli və TPO tərkibsiz, yeni qaydalara uyğun məhsullar istehsal etməlidirlər.Ulusum.az

Diqqət Çəkənlər

İlk Zəngdə Göz Yaşı Olmasın: Uşağı Məktəbə Hazırlayın

ABŞ-da ilanla selfi faciə ilə bitdi – turist həyatını itirdi

FHN yanğın təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib

Seçilən
9
32
ulusum.az

10Mənbələr