Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatka şəhərindən 214 km uzaqlıqda qeydə alınıb. Zəlzələnin episentri 19,4 km dərinlikdə yerləşib.