ain.az bildirir, Azpost portalına istinadən.
Ukrayna hərbçiləri Rusiya Federasiyasının Kursk vilayətində Rılsk-Xomutovka avtomobil yolunda rus hərbçilərinin kolonnasına hücum edib.
AzPost bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Rusiya Silahlı Qüvvələrinin Şimal qüvvələri qrupunun komandan müavini general-leytenant Abaçev ağır yaralanıb.
“O, təcili olaraq hərbi nəqliyyat təyyarəsi ilə Moskvadakı Vişnevski Mərkəzi Klinik Xəstəxanasına aparılıb, müalicə zamanı qolu və ayağı amputasiya edilib”, – Baş Kəşfiyyat İdarəsi bildirib.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.