AZ

Uitkof: Putinin gələcək sülh sazişində Ukrayna üçün kollektiv müdafiə təminatına icazə verməyə razılaşıb

Vaşinqton, 17 avqust , AZƏRTAC

Rusiya prezidenti Vladimir Putinin gələcək sülh sazişində Ukrayna üçün kollektiv müdafiə təminatına icazə verməyə razılaşıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof CNN telekanalına müsahibəsində deyib. O bildirib ki, bu, NATO-nun nizamnaməsinin “5-ci maddə”sinə analoji maddədir və sözügedən maddədə birinə hücumun hamıya qarşı hücum olduğu təsbit edilir.

"Biz razılığa gəldik ki, Birləşmiş Ştatlar və digər Avropa dövlətləri təhlükəsizlik zəmanətini əhatə etmək üçün 5-ci maddəyə bənzər bir formul təklif edə bilər. Putin dedi ki, NATO-ya qəbul məsələsi onun üçün qırmızı xətdir. Beləliklə, ukraynalıların bununla razılaşa biləcəyini fərz edərək, ABŞ-ın “5-ci maddə”yə uyğun müdafiə təklif edə biləcəyinə dair güzəşti əldə edə bildik”, - deyə Uitkof vurğulayıb. O deyib ki, belə bir müddəanın sülh müqaviləsinə daxil edilməsi ilə rusların razılaşdıqlarını ilk dəfə eşidirlər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
6
50
azertag.az

10Mənbələr