BAKI, 17 avqust. TELEQRAF.
ABŞ Prezidenti Donald Tramp Belarus hakimiyyətinin tezliklə daha 1300 məhbusu azad edəcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.
Ağ Ev rəhbəri bildirib:"Belarusa və onun güclü liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!".
Avqustun 15-də Belarus prezidenti Aleksandr Lukaşenko və D.Tramp telefonla ikitərəfli gündəliyi, regional məsələləri və qaynar nöqtələrdə, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər.