AZ

ABŞ prezidenti Belarusda 1300 məhbusun azad olunacağına ümid etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp ümid edib ki, Belarus hakimiyyəti yaxın vaxtlarda daha 1300 məhbusu azad edəcək.

APA xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.

“Belarusa və onun güclü liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad ediləcək!”, – deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, avqustun 15-də Belarus prezidenti Aleksandr Lukaşenko və Tramp telefon danışığı zamanı ikitərəfli gündəliyi, regional mövzuları və isti nöqtələrdə, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər

Seçilən
6
8
apa.az

10Mənbələr