ABŞ NATO-nu Ukraynanın müdafiəsinə cəlb etmək imkanını nəzərdən keçirmir.
Axar.az xəbər verir ki, bunu Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
O xatırladıb ki, Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp Ankoricdə keçirdikləri görüşdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları ilə bağlı razılığa gəliblər.
Uitkoff “Belə bir razılaşmanın şərtlərinə əsasən NATO-nun Ukraynanın müdafiəsinə cəlb olunacağı anlamına gəlirmi?” sualına mənfi cavab verib.
"Mən bunu deməmişəm", - o vurğulayıb.