Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” Almaniya Kubokunun 1-ci raundunda FSV “Ayntraxt” klubu qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

M. Emreli bu yay “Kayzerslautern”ə qoşulub. O, ilk iki rəsmi oyunda fərqlənə bilməyib.

Almaniya Kuboku, I raund

17 avqust

17:00 FSV “Ayntraxt” - “Kayzerslautern” 0:5 (ikinci hissə)

-- Mahir Emreli start heyətindədir.

-- M. Emreli 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu, onun "qırmızı şeytanlar"da ilk qolu oldu.