Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin “Kayzerslautern” forması ilə ilk qolunu vurub.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu "qırmızı şeytanlar”ın Almaniya Kubokunun 1-ci raundunda FSV “Ayntraxt” klubu ilə oyununda fərqlənməyi bacarıb.

Görüşə start heyətdə başlayan M. Emreli 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 3-cü rəsmi matçında qol hesabını açmağı bacarıb.

“Kayzerslautern” isə nə az, nə çox düz 7 cavabsız qolla mərhələni adlayıb.

Almaniya Kuboku, I raund

17 avqust

17:00 FSV “Ayntraxt” - “Kayzerslautern” 0:7 

Qollar: F. Kunze, 11, M. Emreli, 15, Kim  Ji-So,24, Hanslik, 34, M. Ritter, 48, Tobias Raşl, 71, Riçmond Taçi, 90.

-- Mahir Emreli start heyətindədir.

-- M. Emreli 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu, onun "qırmızı şeytanlar"da ilk qolu oldu.