AZ

"Ev növbəsinə görə nazirin qəbulunda oldum" - xalq artistinin qızının işini kim yubadır?-ÖZƏL-AÇIQLAMA

"Evim yoxdur, kirayədə qalmağa da pul lazımdır. Mədəniyyət Nazirinin qəbuluna gedib, şəxsən özü ilə görüşmüşəm. İcra Hakimiyyətindən məni ev növbəsinə alıblar. Nazirə dərdimi dedim. Dedilər ki, tək qadın olduğunu nəzərə alıb, sizə növbədən kənar ev verə bilərlər. Mən də nazirə bunu dedim. 3-4 ildir növbədə olan evimi ala bilmirəm. Deyirlər ki, evi 5 ilə də ala bilərsən, 20 ilə də, 50 ilə də. Bildiyiniz çöllərdə qalmışam"
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova deyib. O daha sonra qardaşı və digər mərhum qardaşı Məmmədin ailəsi ilə münasibətlərinin soyuq olmadığını bildirib:
 
"Bilirsiz ki, biz 3 övlad olmuşuq. Qardaşım Məmməd bir neçə il öncə ağır xəstəlikdən dünyasını dəyişdi. O da atam kimi aktyor idi. Onun həyat yoldaşı İradə ilə münasibətim çox yaxşıdır. Övladı atamın adını daşıyır. Məktəbə gedir. İndi özüm də pis vəziyyətdəyəm, onlara əl tuta bilmirəm. Zəng etməyə belə utanıram, çünki maddi imkanım yoxdur ki, onlara kömək edim. O ki, qaldı qardaşımla münasibətimə... Bizim münasibətlərimiz çox yaxşıdır. Biz ümumiyyətlə çox mehriban olmuşuq. Bu söz-söhbətləri kim ortalığa çıxarır ki??  Heç kim bizimlə maraqlanmırsa, hardan bilirlər ki, kim kiminlə danışır, kim-kiminlə danışmır? Qardaşım bir dəfə efir vasitəsilə onlara öz sözünü deyib. Yenə də bizdən əl çəkmirlər. Kaş bütün bacı-qardaşlar bizim kimi mehriban olardılar" deyə sənətkarın qızı bildirib.
Seçilən
38
50
moderator.az

10Mənbələr