AZ

Nyu-Yorkda atışma baş verib, 3 nəfər ölüb

ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində gecə klubunda atışma baş verib.

"Unikal" xəbər verir ki, Nyu-York şəhər polisinin yaydığı məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Polis atəşin bir neçə nəfər tərəfindən açıldığını və hələ heç kəsin məsuliyyətə cəlb olunmadığını açıqlayıb.

Hadisənin digər detalları araşdırılır

Seçilən
36
50
unikal.az

10Mənbələr