Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Brentford” “Bornmut”un vinger Danqo Uattaranı transfer edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb, əlavə olaraq daha bir mövsüm uzadılma imkanı da mövcuddur.
"Transfermarkt" portalının məlumatına görə, “Brentford” futbolçu üçün 42,8 milyon avro ödəyib. Bu, klub tarixində rekord məbləğə başa gələn transfer olub.
Qeyd edək ki, Danqo Uattaran karyerası ərzində 137 oyuna çıxaraq 19 qol vurub və 17 qolun ötürməsini edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.